About Gallery Services Contact

Allahın munis sənətindən

Dünyaya yeni gəlmiş hər canlı zəif və çarəsizdir. Ətrafındakı təhlükələrdən tamamilə xəbərsizdir. Qidalana bilmək, böyüyüb güclənə bilmək və həyatda qala bilmək üçün özünə baxıb qoruyacaq birinə möhtacdır. Demək olar ki, tək başına yaşama ehtimalı yoxdur. Ancaq doğulduğu andan etibarən yanında həmişə valideynləri olacaqdır. Anası və ya atası onu təhlükələrdən qoruyacaq, qidalandıracaq və lazım olsa öz həyatını onun üçün fəda edəcəkdir.

Zəif və gücsüz balalar ancaq yetkin və güclü olanlar tərəfindən baxılıb qorunularsa həyatda qala bilərlər. Doğulduğu anda tərk edilən bir ceyranın və ya hər hansı bir yerə qoyulmuş quş yumurtalarının öz başlarına yaşamaq ehtimalları çox azdır. Halbuki heyvan balaları əksərən həyatlarını davam etdirə bilirlər, çünki valideynləri heç bir bezginlik göstərmədən, heç bir etinasızlıq etmədən bu gücsüz balaların bütün məsuliyyətini öz boyunlarına götürürlər. Hətta bir çoxu bunu onlar hələ yumurtada olarkən edirlər. Yumurtaları üçün böyük zəhmətlərə dözən bir çox canlı var. Onları gizlədər, qırılmamaları üçün diqqətlə bir yerə yerləşdirər, lazım olduğunda qızdırar və ya həddindən artıq istidən qoruyarlar. Həftələrlə yumurtaların başında keşik çəkər, lazım olduğunda heç incitmədən ağızlarında daşıyarlar.

Bu saytda heyvanların balalarına olan şəfqətini, heyvanlar aləmində baş verən şüurlu və fədakarcasına davranışların bir hissəsini oxuyacaqsınız. Ana və ata heyvanların balaları üçün böyük bir etinayla çalışaraq rahat yuvalar düzəltdiklərini, onları təmizlədiklərini, qidalandıra bilmək üçün canla-başla çalışdıqlarını, soyuğa qarşı onları qoruduqlarını, hətta düşmənlə qarşılaşdıqlarında balaları üçün öz canlarını təhlükəyə atdıqlarını görəcəksiniz.

Bəs bu canlılar niyə balaları üçün bu qədər çox səy göstərirlər? Niyə onları öz başlarına buraxmaq əvəzinə hər cür ehtiyacları ilə bezmədən, yorulmadan maraqlanırlar? Bunları şüurlu surətdəmi edirlər? Məsələn, bir quşun öz şüuru və iradəsiylə balasını qorumaq üçün ölümü gözə aldığını iddia etmək ağla və məntiqə uyğundurmu? Əlbəttə ki, deyil, çünki burada ağılsız, şüursuz, şəfqət, mərhəmət kimi duyğulara öz iradəsiylə sahib olması mümkün olmayan heyvanlardan söhbət gedir. Burada qarşımıza tək bir həqiqət çıxır: Bu canlılara bala sevgisi, ana şəfqəti kimi möcüzəvi duyğuları Allah ilham edir. Yetkin heyvanların balaları üçün göstərdikləri fədakarlıqlar yer üzündəki ən böyük yaradılış möcüzələrindən biridir.

Canlılar aləmində gördüyümüz digər bir möcüzəvi xüsusiyyət isə balaların sahib olduğu sevimlilikdir. Sonrakı səhifələrdə nümunələrdən də görünəcəyi kimi bala heyvanların hamısı olduqca sevimli bir görünüşə sahibdir. Normala görə daha iri olan gözlər, yumru üz cizgiləri, üzlərində hakim olan təəccüb və təslimiyyətlə qarışıq “körpə” ifadəsi, sevimli rəftarlar, bala heyvanların sevilməsinə sövq edən, qoruma instinktini fəaliyyətə keçirən xüsusiyyətlərdəndir.

Bala heyvanlar xarici görünüşləri ilə Allahın “Munis Sənəti” nin təcəllilərindəndir. (Munis sözü: Sevimli, dost, əhliləşmiş, itaətkar mənalarını verir.) Bu canlılar kainatdakı hər şey kimi Allaha təslim olmuşdurlar. Allah bir ayədə bu həqiqəti bizə belə xəbər verir:

Yoxsa onlar Allahın dinindən başqa bir din axtarırlar? Halbuki göylərdə və yerdə olan hər bir məxluq istər-istəməz Ona təslim olmuş və Ona da qaytarılacaqdır. (Ali İmran surəsi, 83)

AĞILLI DİZAYN, YƏNİ YARADILIŞ
Allahın yaratmaq üçün dizayn etməyə ehtiyacı yoxdur

Saytın bəzi yerlərində istifadə edilən “dizayn” ifadəsinin doğru başa düşülməsi vacibdir. Allahın qüsursuz bir dizayn yaratmış olması, Rəbbimizin əvvəlcə plan qurduğu daha sonra yaratdığı mənasını verməz. Bilinməlidir ki, yerlərin və göylərin Rəbbi olan Allahın hər hansı bir şeyi yaratmaq üçün onu “dizayn” etməyə ehtiyacı yoxdur. Allahın dizayn etməsi və yaratması eyni anda baş verir. Allah bu cür nöqsanlardan uzaqdır. Allahın bir şeyin ya da bir işin olmasını istədiyi vaxt, onun olması üçün sadəcə “Ol!” deməsi kifayətdir. Ayələrdə belə buyurulur:

Bir şeyi yaratmaq istədikdə ona təkcə: “Ol!” deyər, o da olar.
(Yasin surəsi, 82)

Göyləri və yeri icad edən Odur. O, bir işi yaratmaq istədikdə ona ancaq: “Ol!” – deyər, o da olar. (Bəqərə surəsi, 117)

Heyvanlardakı möcüzəvi gözəlliklər

Pişik balaları doğulduqlarında kor və olduqca müdafiəsizdirlər. Təxminən 100 qr ağırlığındakı bu kiçik balalara baxa bilmək üçün ana pişik çox az yatar. Daima balalarının isti qalmaları və acdıqlarında hər an süd əmə bilmələri üçün, onların qarnına yaxın yerlərdə dayanmalarını təmin etməyə çalışar. İlk həftə gözləri bağlı olmasına baxmayaraq, balalar süd içəcəkləri yeri tapmaqda heç bir çətinlik çəkməzlər. Doqquz gün sonra balaların gözləri açılar. Ananın südü balaların böyüməsi üçün tam lazım olan tərkibdədir. Hər cür qida baxımından zəngindir, həmçinin balanı xəstəliklərdən qoruyan bəzi xüsusi kimyəvi maddələr də bu süddə vardır.

Bala pişiklər təxminən səkkiz həftə sonra özlərinə baxacaq vəziyyətə gəlirlər. Ancaq bu müddət keçənə qədər anaları böyük bir qayğı ilə balalarıyla maraqlanır. Onları daha etibarlı gördüyü yerlərə diqqətlə daşıyır.

Ağlı və şüuru olmayan bu canlıların balalarına olan vurğunluqları ağıl və vicdan sahibi hər insanı düşünməyə sövq edəcək. Bu davranışlar ancaq bütün canlıların hakimi olan Allahın ilham etməsiylə baş verə bilər:

Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin. Allah onların qərar tutduqları yeri də, qorunub saxlanıldıqları yeri də bilir. Bunların hamısı açıq-aydın Yazıdadır (Lövhi-məhfuzdadır). (Hud surəsi, 6)


Təbiətdəki fədakarlıq nümunələri darvinizmi yalanlayır

Təkamül nəzəriyyəsi “təbiətin güclü bir mübarizə meydanı olduğunu” iddia edir və bunu insanlara təlqin etməyə çalışır. Əslində təbiətin yalnız bir mübarizə meydanı olduğu yalanı, təkamül nəzəriyyəsinin ilk ortaya atıldığı dövrə aid bir yanılmadır. Nəzəriyyənin banisi Darvinin irəli sürdüyü təbii seleksiya mexanizmi, yaşadıqları coğrafi mövqenin təbii şərtlərinə uyğun quruluşda və güclü olan canlıların həyatlarını və nəsillərini davam etdirə biləcəklərini, uyğun quruluşda olmayan və daha gücsüz olanların isə yox olacaqlarını nəzərdə tutur. Darvinizmin mənimsədiyi təbii seleksiya mexanizminə görə təbiət, canlıların bir-birləriylə “həyat” üçün var gücü ilə mübarizə apardıqları, zəiflərin güclülər tərəfindən yox edildiyi bir yerdir.

Buna görə də, bu iddiaya əsasən hər canlı həyatını davam etdirə bilmək üçün güclü olmalı, digərlərinə hər mövzuda qalib gəlməli və var gücü ilə mübarizə aparmalıdır. Belə bir şəraitdə isə fədakarlıq, sədaqət, əməkdaşlıq kimi anlayışlara yer yoxdur, çünki bunların hər biri canlının əleyhinə çevrilə bilər. Buna görə də hər canlı mümkün olduğu qədər eqoist olmalı və yalnız öz yeməyini, öz yuvasını, öz müdafiəsini, öz təhlükəsizliyini düşünməlidir.

Bəs həqiqətən də təbiət hər canlının yalnız bir-biriylə var gücü ilə mübarizə apardığı, hər kəsin bir-birini yox etmək, aradan götürmək üçün səy göstərdiyi, olduqca eqoist və vəhşi fərdlərdən ibarət olan bir mühit vardırmı?

Xeyr. Bu mövzuda indiyə qədər aparılan müşahidələr təkamülçülərin iddialarını təkzib etmişdir. Təbiət, təkamülçülərin iddia etdiyi kimi yalnız döyüşün hakim olduğu bir yer deyil. Əksinə təbiət, çox vaxt həm ölümü gözə alan, həm də öz zərərinə olsa belə sürü üçün göstərilən fədakarlıqların, bunun qarşılığında heç bir mənfəət əldə etməyən canlıların və ağıllı əməkdaşlıqlarının çoxsaylı nümunələriylə doludur. Özü də bir təkamülçü olmasına baxmayaraq, prof. Camal İldırım, Təkamül Qaydası və Fanatizm adlı kitabında, Darvin və onun dövründəki digər təkamülçülərin niyə təbiətin yalnız bir döyüş yeri olduğunu zənn etdiklərini belə izah etmişdir:

19-cu əsrdə elm adamları vaxtlarını əksərən iş otaqlarında və ya laboratoriyada keçirdikləri, təbiəti bilavasitə tanımaq yolunu seçmədikləri üçün canlıların tamamilə döyüşün içində olduğu tezisinə asanlıqla inanmışdırlar. Haksli kimi görkəmli elm adamı belə özünü bu yanılmadan xilas edə bilməmişdir. (Camal İldırım, Təkamül Qaydası və Fanatizm, səh. 49)

Təkamülçü Piter Kropotkin isə heyvanlar arasındakı həmrəyliyi mövzu olaraq götürdüyü Mutual Aid: A Factor in Evolution adlı kitabında Darvin və tərəfdarlarının düşdükləri yanılmanı belə dilə gətirir:

Darvin və onun davamçıları, təbiəti canlıların daim bir-birləriylə döyüşdükləri bir yer kimi tanıtdılar. Haksliyə görə heyvanlar aləmi qladiatorların şousuna bənzəyirdi. Heyvanlar bir-birləriylə döyüşür, ən sürətli və ən hiyləgər olanı ertəsi gün döyüşə bilmək üçün həyatda qalırdı. Ancaq ilk baxışda, Hakslinin təbiətə olan dünyagörüşünün elmi əsası olmadığı aydın olur... (Peter Kropotkin, Mutual Aid: A Factor of Evolution, 1902, I Hissə)

Təbiətdə həqiqətən də bir mübarizə, qarşıdurma vardır. Amma bununla yanaşı “fədakarlıq” da vardır. Və bu fədakarlıq, darvinist nəzəriyyənin təməli olan “təbii seleksiya” anlayışının əsassız olduğunu göstərir. Təbii seleksiya canlılara heç bir yeni xüsusiyyət əlavə edə bilməz, mövcud olan xüsusiyyətləri dəyişdirib yeni bir növ meydana gətirə bilməz. Bu həqiqətlər təkamülçüləri çarəsiz vəziyyətdə qoyur. Necə ki, bu təkamülçülərin bu mövzudakı acizlikləri Bilim Teknik jurnalında belə ifadə edilmişdir:

Problem, canlıların niyə bir-birlərinə kömək etdikləridir. Darvinin nəzəriyyəsinə görə; hər canlı öz varlığını davam etdirmək və çoxala bilmək üçün mübarizə aparır. Başqalarına kömək etmək, o canlının sağ qalma ehtimalını azaldacağına görə, uzun müddət ərzində təkamüldəki bu davranış aradan götürülməliydi. Halbuki canlıların fədakar ola biləcəkləri müşahidə edilmişdir. (Bilim ve Teknik Dergisi, sayı 190, səh. 4)

Təbiətdəki bu həqiqətlər qarşısında, təkamülçülərin “təbiət bir döyüş meydanıdır, eqoist olan, öz mənfəətlərini qoruyan qalib gəlir” iddiası tamamilə etibarsız qalır. Məşhur bir təkamülçü olan Con Maynard Smit canlıların bu xüsusiyyətləri haqqında təkamülçülərə belə bir sual verir:

Əgər təbii seleksiya, fərdin yaşama imkanına və çoxalmasına zəmanət verən xüsusiyyətlərinin seçimi isə, özünü fəda edən davranışları necə izah edəcəyik? (John Maynard Smith, The Evolution of Behavior, Scientific American, Dekabr 1978, cild 239, no.3, səh. 176)

Əlbəttə ki, özü də təkamülçü bir elm adamı olan Con Maynard Smitin bu sualına təkamül nəzəriyyəsi tərəfindən veriləcək bir cavab yoxdur. (Canlılardakı heyrətamiz fədakarlıq, sədaqət və köməkləşmənin təbiətdəki nümunələri haqqında məlumat toplamaq istəyənlər buna baxsın: Harun Yəhya, canlılardaki fedakarlık ve akılcı davranışlar, Vural Nəşriyyat)

İnstinktlər təkamüllə izah oluna bilməz

Təkamülçülərin müraciət etmək istədikləri başqa bir yalan da, insan davranışları və heyvan davranışları arasında bir bənzərlik yaradaraq, insan və heyvanın eyni bir atadan gəldiyi və bu davranışların da eyni bir atadan nəsildən-nəslə ötürüldüyü üçün bir bənzərlik daşıdığı iddiasıdır. Bəzi təkamülçülər təcavüzkarlığı da eyni mənşəli bir impuls, yəni instinkt olaraq xarakterizə edərlər, ancaq insanların bunu gündəlik həyatda göstərmə imkanı tapa bilmədiklərini irəli sürərlər.

Halbuki bu iddia təkamülçülərin təxəyyüllərinə əsaslanan və heç bir təmələ söykənmədən kütləyə təlqin etmək üçün müraciət etdikləri bir yalandır. Əvvəlcə qeyd etmək lazımdır ki, insanlarda və heyvanlarda mövcud olduğu iddia edilən “impuls” ya da “instinkt” mövzusu təkamül nəzəriyyəsi baxımından başlı-başına çıxılmaz bir vəziyyət meydana gətirir və nəzəriyyənin əsassızlığını tək başına ortaya qoyur.

“İnstinkt” sözü, təkamülçü elm adamları tərəfindən, heyvanların anadangəlmə sahib olduqları bəzi davranışları təsvir etmək üçün istifadə edilir. Ancaq heyvanların bu instinktləri necə əldə etdikləri, instinkt ilə edilən bir davranışın ilk olaraq necə ortaya çıxdığı və bu davranışların nəsildən-nəslə necə ötürüldüyü sualı həmişə cavabsız qalmışdır. Təkamülçü genetik Qordon Ratrey Teylor, The Great Evolution Mystery adlı kitabında instinklərlə əlaqədar bu çıxılmaz vəziyyəti belə etiraf edir: Bir instinktiv davranış ilk olaraq necə ortaya çıxır və bir növdə irsi olaraq necə yerləşir deyə soruşsaq, bu suala heç bir cavab ala bilmərik. (Gordon R. Taylor, The Great Evolution Mystery, Harper & Row Publishers 1983, səh. 222)

Qordon Teylor kimi, bu sualları etiraf edə bilməyən bəzi təkamülçülər isə bunları üstüörtülü, həqiqətdə bir məna ifadə etməyən cavablarla başdan etməyə çalışırlar. Əslində təkamül nəzəriyyəsinin sahibi Çarlz Darvin də heyvanların davranışlarının və instinktlərinin, nəzəriyyəsi üçün böyük bir təhlükə meydana gətirdiyini fərq etmiş və bunu Növlərin Mənşəyi adlı kitabında açıq şəkildə, hətta bir neçə dəfə etiraf etmişdi. Bu etiraflardan biri belədir:

İnstinktlərin bir çoxu elə heyrətamizdir ki, onların inkişafı oxucuya bəlkə də nəzəriyyəmi tamamilə yox etməyə kifayət gücdə görünəcək. (Charles Darwin, Türlerin Kökeni, Onur Yayınları, Beşinci Baskı, Ankara 1996, səh. 273)

Darvinistlərin başqa bir yanılması isə, mövcud olduğunu iddia etdikləri “impulsların”, yəni “instinktlərin” nəsildən-nəslə ötürülərək dövrümüzə gəlib çıxdığı yanılmasıdır. Bu Lamarkist bir məntiqdir və elmi baxımdan bir xurafat olduğu bundan 1 əsr əvvəl isbat edilmişdir. Belə ki, təkamülçü elm adamlarının özləri də instinkt və impulsların nəsildən-nəslə təkamül yolu ilə ötürülməsinin qeyri-mümkün olduğunu etiraf edirlər. Təkamülçü Qordon R. Teylor, davranışların irsi olaraq sonrakı nəsillərə ötürüldüyü iddiasını, “acınacaqlı” bir iddia olaraq qiymətləndirir:

Bioloqlar bəzi müəyyən davranış formalarının irsən keçməsinin mümkün olduğunu və əslində bunun həqiqətən də müşahidə olunduğunu qəbul edərlər. Dobzhansky bunu iddia edir: “Bütün bədən quruluşları və funksiyaları, heç bir istisna olmadan, ekoloji zəncirlər əsasında yaranan irsiliyin məhsullarıdır. Bu vəziyyət, heç bir istisna olmadan bütün davranış formaları üçün də keçərlidir”. Bu doğru deyil və Dobzhansky kimi mötəbər birinin bunu doqmatik olaraq müdafiə etməsi acınacaqlı bir vəziyyətdir. (Charles Darwin, Türlerin Kökeni, səh. 310)

Rəbbin bal arısına belə vəhy etdi: “Dağlarda, ağaclarda və insanların düzəltdikləri çardaqlarda özünə pətəklər hör. Sonra bütün meyvələrdən ye və Rəbbinin səndən ötrü asanlaşdırdığı yollarla get”. O arıların qarınlarından tərkibində insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxır. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər vardır. (Nəhl surəsi, 68-69)

Canlılardakı fövqəladə davranışların sirrini Allah Quranda Nəhl surəsində bal arılarını nümunə verərək bildirir. Bal arıları Allahın ilhamıyla hərəkət edirlər. Bu, yalnız bal arısı üçün deyil, bütün canlılar üçün məqbuldur. Canlıların fədakar davranışlarını onlara ilham edən, onlara fövqəladə qabiliyyətlər verən Uca Allahdır.

Şir təbiətdəki ən güclü canlılardan biridir. Düşmənlərinə qarşı olduqca vəhşi ola bilən şirlər, balalarına qarşı isə çox həssasdırlar. Şir balaları doğulduqlarında çox kiçikdir. Üç aylıq olarkən ət yeməyə başlamalarına baxmayaraq, ana və qrupdakı digər şirlər altı aylıq olana qədər balaları əmizdirməyə davam edərlər.

Şir və bəbirlər kimi pişikkimilər balalarını boyunlarının arxasından dişləyərək daşıyarlar və balalar da daşındıqları vaxt tamamilə hərəkətsiz qalarlar. Balaların hərəkətsizliyi analarının onları təhlükəsiz bir şəkildə daşımalarına kömək edər. Şirlərin balalarına göstərdikləri şəfqət və qayğı təkamülçülərin iddialarını etibarsız hala salan dəlillərdən sadəcə biridir. Təkamülçülər təbiətdəki canlılar arasında yalnız güclülərin qalib gəldiyini, zəiflərin aradan götürülərək yox olduğunu iddia edirlər. Təbiətdə eqoizmin və var gücü ilə bir həyat mübarizəsinin hakim olduğunu irəli sürürlər. Əlbəttə ki, təbiətdəki canlılar qidalana bilmək və ya təhlükəsizliklərini təmin etmək üçün ovlanarlar, özlərini qorumaq üçün bəzən vəhşiləşə bilərlər. Ancaq bunlarla yanaşı təbiətdəki canlıların böyük bir əksəriyyəti balaları və ya ailələri üçün, hətta sürülərindəki digər canlılar üçün diqqət çəkici fədakarlıqlar da edirlər. Öz canlarını təhlükəyə atırlar.

Bu canlılara, balalarına qarşı şəfqətli və mərhəmətli olmağı, sürülərindəki digər canlıları da qoruyub himayə etməyi, hamısına qayğı göstərməyi öyrədən, hər şeyin yaradıcısı olan Uca Allahdır.

Allah canlılarda yaratdığı bu kimi xüsusiyyətlərlə bizə sonsuz gücünü və bütün varlıqlar üzərindəki hakimiyyətini göstərir. Ana heyvanlar balaları bir təhlükə qarşısında olduğunda həmişəkindən fərqli davranışlar nümayiş etdirərlər. Məsələn, marallar əsasən ürkək və həyəcanlı canlılardır, lakin balalarına hücum edən tülkü və ya canavarlara qarşı iti, heç çəkinmədən kəsici dırnaqlarından istifadə edərlər. Əgər balalarına hücum etmək üzrə olan düşmənlərinin öhdəsindən gələ bilməyəcəklərini başa düşərlərsə, özlərini heç çəkinmədən düşmənlərinin qabağına atarlar. Beləliklə də, düşməni balalarından uzaqlaşdırarlar. (Russell Freedman, How Animals Defend Their Young, səh.57)

Bu canlılar niyə öz canlarını təhlükəyə ataraq balalarını qoruyurlar? Daha əvvəlki səhifələrdə də qeyd olunduğu kimi təkamül nəzəriyyəsi tərəfdarları təbiətin bir döyüş yeri olduğunu deyərlər. Onlara görə canlılar daima bir-birləriylə mübarizə aparır və bunun nəticəsində güclülər qalib gəlir, zəif olanlarsa yox olur. Bu iddia olduqca səhvdir. Marallarda daxil olmaqla bütün canlıların balalarını ölümü belə gözə alaraq qorumaları təkamülçülərin iddialarının nə qədər məntiqsiz olduğunu bizə açıq şəkildə göstərir.

Maralları, antilopları, filləri, quşları, bir sözlə, hər şeyi yaradan, üstün güc sahibi olan Allahdır. Allah göydəki və yerdəki hər şeyin sahibidir.

Doğumdan sonrakı bir neçə gün ərzində ana zürafə, vaxtını balasını yalayaraq və iyləyərək keçirər, bu şəkildə həm bala təmizlənmiş olar, həm də anasının iyini öyrənər. Bu iy, ana və balanın böyük bir sürünün içində bir-birlərini tapmaları lazım gəldikdə fayda verəcək. Hər hansı bir çətin vəziyyətdə olan bala, anasının diqqətini çəkmək üçün müxtəlif səslər çıxarır. Anası da onu səsindən dərhal tanıyır və ona kömək etməyə gəlir.

Zürafələr balalarını əsla yanlarından ayırmazlar. Hücuma məruz qaldıqlarında balalarını bədənlərinin altına itələyərlər və ön ayaqları ilə düşmənlərinə möhkəm şəkildə vuraraq hücum edərlər. Kiçik qruplar halında yaşayan zürafələr bütün balalara birlikdə baxarlar. Yetkin zürafələr növbə ilə balaların başında keşik çəkərlər. Bu təhlükəsizlik sistemi sayəsində digər analar rahatlıqla körpə zürafələri tək buraxıb kilometrlərlə uzağa yemək axtarmağa gedə bilərlər. Təbiətdəki bütün gözəlliklər və canlılar, bizə Allahın ucalığını göstərir. Biz də Allahın varlığını həmişə xatırlamalı, verdiyi bütün nemətlər üçün Ona şükr etməliyik.

Allah hər şey üçün Ona şükür etməyimizin lazım olduğunu, müqəddəs kitabımız Qurani-Kərimdə belə bildirir:

Allah sizi analarınızın bətnindən heç nə anlamadığınız bir halda çıxartdı, sizə qulaq, göz və ürək verdi ki, bəlkə şükür edəsiniz.
(Nəhl surəsi, 78)

Ördəklərin yaxşı üzmələrinin səbəblərindən biri ayaq barmaqlarının arasındakı pərdədir. Bir ayaqlarını arxaya itələdiklərində bu torlar onlara daha çox itələmə qüvvəsi verə bilmək üçün genişlənər. Bu əhəmiyyətli xüsusiyyət ördək balalarında doğulduqları ilk andan etibarən vardır. Ördək balalarını yaşamaları üçün lazım olan bütün xüsusiyyətlərlə birlikdə yaradan hər şeyi bilən Allahdır. Dişi ördəklərin tüklərinin rəngi erkəklərə nisbətən daha solğundur. Bu rəng fərqi yuvasında kürt yataraq gözləməsi lazım olan dişilər üçün əhəmiyyətli bir qorumadır. Solğun rəngləri sayəsində dişilər yuvalarında daha təhlükəsizlikdə olarlar. Mühitə uyğun solğun rəngləri yaşadıqları mühitdə kamuflyaj olunmalarını təmin edər və düşmənləri onları asanlıqla fərq edə bilməz. Digər tərəfdən erkək ördəklər də yuva quran dişini qorumaq üçün parlaq rəngli tüklərindən istifadə edərək düşmənlərin diqqətini özlərinə çəkərlər. Bir düşmən yuvanın yaxınlığına gəldikdə erkək dərhal havalanaraq, xeyli səs-küy salar və düşməni yuvadan uzaqlaşdıra bilmək üçün əlindən gələn bütün səyi sərf edər. Balaları üçün belə əhəmiyyətli, hətta bəzən sonu ölümlə nəticələnən bir fədakarlıq edən ördəklər Allahın yaratma sənətinin nümunələrindən sadəcə biridir.

Fillərin ən əhəmiyyətli xüsusiyyətlərindən biri, bir-birlərinə olan bağlılıqlarıdır. Fədakarlıq və köməkləşmə yalnız ailə üzvləri arasında deyil, bütün sürü daxilində müşahidə olunar. Məsələn, ovçular sürüyə atəş açdıqlarında fillər qaçıb uzaqlaşmaq əvəzinə təhlükə altındakı fillərə doğru qaçarlar. Bir-birlərinə möhkəm şəkildə bağlı olan bu birliyin təməlini isə bala fil qrupu meydana gətirər. (Janine M. Benyus, The Secret Language and Remarkable Behaviour Animals, səh.136) Sürüdə yeni doğulmuş bir fil bütün digər fillər tərəfindən böyük bir sevgi və şəfqətlə qarşılanır. Əgər balanın anası ölsə, südü olan başqa bir dişi fil balanı əmizdirməyə davam edəcək. (David attenborought, trials of life, səh.50) Ana ilk 6 ay ərzində hər yerdə balasını təqib edər. İkisi də davamlı olaraq bir-birləriylə əlaqədə olduqlarını ifadə edən səslər çıxararlar. Bir bala fil az da olsa çətinlik ya da hər hansı bir təhlükəli vəziyyət içərisində olduğunu ifadə edən bir səs çıxarsa, qrupun bütün üzvləri vəziyyəti yoxlamaq üçün bir yerə toplaşarlar. Bu, düşmənlərə qarşı olduqca daşındırıcı bir davranışdır. (Janine m. Benyus, the secret language and remarkable behaviour animals, səh.155)

Fillərin və digər canlıların doğumdan əvvəl aralarında necə razılaşdıqları, bütün fillərin balalar üçün necə olub da birlikdə hərəkət etdikləri, onların ehtiyaclarını necə təsbit edə bildikləri, əlbəttə ki, soruşulması lazım olan suallardır. Bu heyvanların heç birində bunları öz ağıl və iradələriylə bacaracaq bir qabiliyyət yoxdur. Həmçinin dünyanın hər yerindəki fillər, bu şəkildə bir-birlərinə kömək edərlər. Bu, hamısını tək bir Yaradıcının yaratdığının bir göstəricisidir. Bu sonsuz güc sahibi Yaradıcı Uca Allahdır. Canlılar arasındakı heyrətamiz fədakarlıq nümunələri, Allahın yaratmasındakı möcüzələrdən biridir. Allah bir Quran ayəsində belə buyurur:

Şübhəsiz ki, heyvanlarda da sizin üçün bir ibrət vardır...
(Nəhl surəsi, 66)

Ana zürafə balasını qorumaq üçün ölümü belə gözə alır. Bir hücum olduğunda özünü balası ilə təcavüzkarlar arasında sipər edər. Baladan xeyli sürətli qaça bildiyi halda, qəsdən balasından daha yavaş qaçar. Beləcə yırtıcı heyvanlar onlara çatdığı təqdirdə bala xilas olacaq və özü öləcək... Bu çox təhlükəli hadisə nəticəsində bəzən ana zürafə öz həyatını itirir. Öz həyatını ortaya qoyaraq balasını qoruyan zürafələr bu davranışlarını təkamül nəzəriyyəsinin xəyali iddiaları ilə izah etmək mümkün deyil.

Təbiətdəki bütün canlılar bir səy göstərirlər. Yaşamaq üçün ov edirlər, özlərini qorumaları lazım olduqda hücum edə bilirlər. Təkamülçülər canlıların yalnız bu kimi xüsusiyyətlərini nəzərə alar, fədakarlıq, balaları qoruma kimi davranışları isə nəzərə almazlar. Fədakarlıqla yanaşı əməkdaşlıq, həmrəylik, bir-birinin mənfəətini güdmə kimi xüsusiyyətlər də canlılar aləmində tez-tez rast gəlinən davranışlardandır. Təbiətin yalnız bir döyüş yeri olduğunu iddia edən təkamül nəzəriyyəsi canlılar aləmində görülən fədakarlıq nümunələrinə heç bir şərh gətirə bilməz. Təbiətdəki həyat təkamül nəzəriyyəsinin təməl iddiasını açıq və qəti şəkildə etibarsız hala salır. Təkamül nəzəriyyəsi, düşmənlərindən qaçıb xilas olan bir zürafənin, niyə geri qayıdıb düşmənləri tərəfindən mühasirəyə alınmış olan digər zürafələri, üstəlik də həyatını təhlükəyə ataraq, xilas etdiyini əsla izah edə bilməz.

Canlılardakı fədakar və əlbir davranışlar təkamül nəzəriyyəsinin etibarsızlığını yenidən və tam mənasıyla açıq şəkildə ortaya qoyarkən, əhəmiyyətli bir həqiqətin də dəlillərini meydana gətirir: Bütün kainatı üstün bir Yaradıcı olan Allah yaratmışdır və hər canlı Yaradıcımız olan Allahın ilhamı ilə hərəkət edər.

Allah hər bir canlını sudan yaratmışdır. Onlardan bəzisi qarnı üstə sürünür, bəzisi iki ayaq üstündə gəzir, bəzisi də dörd ayaq üstündə gəzir. Allah istədiyini yaradır. Şübhəsiz ki, Allah hər şeyə qadirdir. (Nur surəsi, 45)

Canlılardakı fədakarlığın “milyonlarla illik bir təkamül müddətində yaranmış” olması əsla düşünülə bilməz. Bir məlumata və şüura sahib olmayan heyvanların göstərdikləri ağıllı davranışlar, nə onların yaratdıqları bir strategiyadır, nə də təsadüfən ortaya çıxan bir həlldir. Təbiətdə “həyat mübarizəsi” apardığı və təbii seleksiyanın məhsulu olduğu iddia edilən bir heyvandan ağıllı və fədakarcasına davranışlar gözləmək mümkün deyil. Canlının fədakarcasına davranması, Darvinizmin ən təməl fərziyyələrindən biri olan “hər canlı öz həyatı üçün eqoist bir şəkildə bir mübarizə aparır” tezisini çürüdür.

Bu canlıların bütün xüsusiyyətlərinin tək izahı, yaradılışdır. Bütün heyvan növlərində müşahidə etdiyimiz həmrəylik və ağıllı strategiya nümunələri, Allahın canlılar üzərindəki hakimiyyətini açıq şəkildə göstərir. Bu canlıların sahib olduqları qabiliyyətlər və göstərdikləri ağıllı davranışlar özlərinə öyrədilir. Bütün bunları haqqında danışılan canlılara öyrədən və tətbiq etdirən, hər şeyin Yaradıcısı olan, yaratdıqlarını qoruyub himayə edən, sonsuz şəfqət və mərhəmət sahibi olan Allahdır.

Ayı balaları qışın ortasında, anaları qış yuxusunda olarkən, kor və tüksüz olaraq doğulurlar. Dələ böyüklüyündəki bala ayı yalnız süd əməcəyi yerə dırmaşacaq qədər güclüdür. Dişi qəhvəyi ayının südü yağ və kalori baxımından çox zəngindir, buna görə də bala qış ərzində sürətlə böyüyər. Ana ayı yazda oyandıqda bala onu yuvadan kənarda izləyəcək qədər güclənmişdir. Olduqca hərəkətli olan ayı balaları yuvadan kənarda çox müdafiəsizdirlər. Bir il ərzində onları bütün təhlükələrdən qoruyan analarının yanında qalaraq özlərinə baxmağı öyrənirlər. Bu müddət ərzində daima qidalandıqları üçün sürətlə böyüyərlər və daima oyunlar oynayarlar. Analarının üstünə dırmaşmağa çalışar, digər qardaşlarıyla daima boğuşarlar. Ayı da digər bütün valideyn heyvanlar kimi balasının təhlükədə olduğunu düşünsə düşmənlərinə qarşı çox vəhşi ola bilər. Ana ayı üç il ərzində balalarıyla heç bezmədən maraqlanır, onların həyatını qoruyur.

Suitlərinin yaşadığı bölgələrdə havanın temperaturu yaz aylarında belə ən çox -5 dərəcədir. Ancaq bu suitlərinə heç bir təsir etmir. Çünki, xəz və bədənlərində ehtiyatda saxladıqları yağlar üşümələrinin qarşısını alır. Suitləri sıx sürülər halında yaşayarlar. Bu sıx sürünün içində ana suiti öz balasını necə tanıya bilir? Digər bir çox canlı kimi ana suiti də, doğumdan sonra balasını iyləyər və ona toxunar. Bu sayədə balasının iyini tanıyar və onu başqa balalarla əsla qarışdırmaz. Balalar körpə yağı adlanan bir yağla örtülü olaraq doğularlar. Kiçik bədənləri bu yağ sayəsində daima isti qalar. Məməlilərdən çox azının balaları suiti balaları qədər sürətli böyüyər. Üç həftə ərzində balanın çəkisi, bədən ağırlığının üç hətta dörd mislinə çıxar. Çünki suitlərinin südü ən yaxşı inək südündən on iki dəfə daha yağlıdır və dörd qat daha çox zülallıdır. Bu, balanın çox sürətlə böyüməsini təmin edər. Ana suitinin xüsusi tərkibli südü körpə suitinin bədənində dərhal qoruyucu-yağlı bir təbəqəyə çevrilər.

Olduqca aciz olan və özünü qoruması mümkün olmayan suiti balalarının hər cür ehtiyacları anaları tərəfindən ödənir. Allah yaratdığı hər varlığa ən gözəl şəkildə ruzi verən, hər cür ehtiyaclarını əskiksiz olaraq yaradandır:

Neçə-neçə canlılar vardır ki, ruzisini öz yanında daşıya bilmir. Onların da, sizin də ruzinizi Allah verir. O, Eşidəndir, Biləndir. (Ənkəbut surəsi, 60)

Qütb ayılarının dərilərinin altındakı 10 sm-lik yağ təbəqəsi istilik izolyasiyası təmin edər. Beləcə buzlu sularda saatda 10-11 km. sürətlə, 2000 km. məsafəyə qədər üzərək gedə bilərlər. Bununla yanaşı ağ qütb ayılarının iybilmə duyğuları elə güclüdür ki, 1,5 m. qalınlığındakı qar təbəqəsinin altında gizlənən bir suiti balığının qoxusunu belə asanlıqla hiss edə bilərlər. (Bilim ve Teknik Dergisi, Sayı: 211, İyun 1985, səh.25)

Qütb ayılarının balaları əsasən qış ortasında doğulurlar. Tüksüz doğulan bu kor balalar çox kiçikdir. Qışın soyuğunda yaşaya bilmələri üçün bir yuva lazımdır. Dişi qütb ayıları yalnız hamilə olduqlarında ya da balaları olduğunda yuva qurarlar. Qar kütlələrinin altındakı yuvalar 2 metr uzunluğundakı bir tunellə təxminən yarım metr diametrindəki yumru bir sahədən ibarətdir.

Bu yuvaların əsasən birdən çox otağı vardır və qütb ayıları bu otaqları yuvanın girişindən daha yüksək səviyyədə hazırlayarlar. Beləcə otaqlardaki isti havanın girişdən çölə çıxmasının qarşısı alınmış olar. Həmçinin qütb ayısı yuvanın girişində həmişə hava girəcək qədər dar bir kanalı açıq vəziyyətdə qoyar. (Thor Larsen, Polar Bear:Lonely Nomad of the North, National Geographic, Aprel 1971, səh.574)

Ana ayı yaşadığı yerin tavanını bəzən 75 sm-dən başlamaqla 2 metrə qədər çatan bir qalınlıqda inşa edər. Bu xüsusi dizayn sayəsində yuvadakı mövcud istilik qorunmuş olar. (İnternational Wildlife, Noyabr-Dekabr 94, səh.15)

Tədqiqatçılar bu yuvalardan birinin tavanına bir cihaz yerləşdirərək temperaturu ölçmüş və xeyli maraqlı bir vəziyyətlə qarşılaşmışdırlar. Çöldəki temperatur -30 dərəcəyə qədər endiyi halda, yuva daxilindəki temperatur 2 ya da 3 dərəcədən aşağı heç düşməmişdir.

Qütb ayısının belə bir yuva qurmağı və yuvadakı temperaturu sabit saxlamaq üçün müxtəlif tədbirlər görməyi özbaşına düşünməsi, əlbəttə ki, qeyri-mümkündür. Bütün bunları qütb ayısına öyrədən hər şeyi bilən üstün güc sahibi Allahdır. Quranda, Allahın canlılar üzərindəki hakimiyyəti belə bildirilir:

Göylərdə və yerdə kim varsa, Ona məxsusdur. Hamısı Ona təzim edir. (Rum surəsi, 26)

Ana pinqvin yumurtladıqdan qısa bir müddət sonra qış gələr. Bununla da ana pinqvinlər, yumurtaları erkək pinqvinlərə təhvil verərək qida axtarmaq üçün dənizə qayıdarlar. Ata pinqvin yumurtanı donmaqdan qorumaq üçün ayaqlarının üstündə daşıyar. Qalın tükləri yumurtanı soyuqdan qoruyacaqdır. Bu çox çətin bir dövrdür. Çünki erkək pinqvinlər yerlərindən tərpənmədikləri üçün qidalana bilməz. Yaz aylarında kiçik pinqvin balaları dünyaya gəlir. Onları soyuqdan qoruyacaq yağ təbəqələri hələ də meydana gəlmədiyi üçün hələlik atalarının ayaqlarının üstündədirlər. Balanın ilk qidası, atasının onun üçün qursağında saxladığı süddür. Ata pinqvin dörd ay ərzində ac qaldığı halda heyrətamiz bir fədakarlıq etmiş, qursağındakı qidanı yeməyərək balası üçün saxlamışdır. Tam bu dövrdə ana pinqvinlər açıq dənizdən sahilə qayıdarlar. Onlar da bu dörd ay ərzində boş durmamış, daima ovlanaraq yumurtadan çıxacaq bala üçün qursaqlarında qida toplamışdırlar. Ana pinqvinlər gələn kimi, dörd aydır ac qalan ata pinqvinlər ovlanmaq üçün dənizə qayıdarlar.

Təkamül nəzəriyyəsini müdafiə edənlər, bir pinqvinin dörd ay ərzində balası üçün aclığa və soyuğa dözməsini heç bir şəkildə izah edə bilməzlər. Bu canlılara belə böyük bir fədakarlığı etdirən kimdir? Ayaqlarının üstündə 4 ay ərzində balasını daşıyan kimdir? Üstəlik bütün pinqvinlərin eyni fədakarlığı göstərməsini onlara ilham edən kimdir? Bu sualların tək bir cavabı vardır. Pinqvinləri Allah yaratmışdır. Balaları üçün etdikləri bənzərsiz fədakarlıqları bütün pinqvinlərə Allah öyrədir.

Müşk öküzləri Alyaska, Kanadanın şimalı və Qrenlandiya adasında yaşayarlar. Dişilər hər mayda bir bala doğarlar və bala doğumdan bir saat sonra ayağa qalxıb anasını izləməyə başlaya bilər.

Müşk öküzləri bir düşmənlə qarşılaşdıqlarında üzlərini düşmənə tərəf çevirərlər və bir dairə meydana gətirərək balaları bu dairənin içinə alarlar. Hər biri 350-400 kq ağırlığındakı yetkin müşk öküzləri çiyin-çiyinə verərək balalarıyla düşmənləri arasında sanki bir sipər meydana gətirərlər. Bu, balalar üçün qəti bir qorumadır. Dairəni meydana gətirən fərdlərin hər biri düşmənə hücum edib geri qayıdarlar və dairənin pozulmaması üçün çalışarlar. Təbiətin yalnız mərhəmətsizliklərlə, təcavüzkarlıqla dolu olduğunu iddia edən təkamül nəzəriyyəsi, müşk öküzlərinin göstərdikləri bu fədakarcasına davranışı izah edə bilməz. Bu olduqca fədakar davranışın tək izahı var: Bütün canlılara bu kimi fədakar davranışları, bənzərsiz qoruma üsullarını ilham edən hər şeyin sahibi olan, üstün güc sahibi Rəbbimiz Allahdır.

Yeni doğulmuş bir kenquru balası ilk vaxtlarda bir paxla dənəsindən daha böyük deyil və ayaqları yeni inkişaf etməyə başlamışdır. Həmçinin kenquru balaları ilk doğulduqlarında kordurlar. Çünki məməli balalarının hamısının ana bətnində keçirdikləri bir dövrdə dünyaya gələn balalar tam olaraq inkişaf etməmişdir. Bu səbəblə də bala kenqurular üçün analarının bədənində hazırlanmış olan tüklü kisə çox əhəmiyyətli bir qorunma yeridir. Bu kisə bala böyüdükcə genişlənəcəkdir. Kisənin girişində balanın kisədən çölə tullanmasının qarşısını alan xüsusi əzələlər vardır; bu əzələlər, ana kenquru suya girdiyi vaxt da içəriyə suyun dolmasının qarşısını alır. (Creation, vol.20, n.3, İyun-Avqust 1998, səh. 29)

Kenquruların südü də balaların tam ehtiyacı olan xüsusiyyətlərdədir. Balanın böyüməsiylə birlikdə südün içindəki maddələr də dəyişir. Südün tərkibindəki yağ və digər birləşmələr də balanın böyüməsinə paralel olaraq vaxt keçdikcə dəyişir.

İlk bala bu qidalandırıcı südü əmməyə davam edərkən dərhal sonra doğan ikinci balaya, asan həzm olunan süd verilməyə başlanır. Üçüncü bala dünyaya gəldiyində isə, fərqli xüsusiyyətdə hazırlanan südlərin sayı üçə çıxar. Hər bala özü üçün hazırlanan südü asanlıqla tapar, heç qarışıqlıq olmaz. Bu qidalanma sisteminin xüsusi bir yaradılışın əsəri olduğu çox aydındır. Ana kenqurunun bu işi şüurlu surətdə tənzimləmə imkanı yoxdur. Bir heyvan, necə ola bilər ki, fərqli böyüklüklərdəki balaların ehtiyacı olan südlərin tərkibini bilər? Bilsə belə, bunu necə öz bədənində hazırlaya bilər? Bu üç ayrı südü, üç ayrı kanaldan necə verə bilər?

Şübhəsiz ki, kenquru bunların heç birini özü etmir; onun, bədənindən çıxan südün üç ayrı növü olduğundan xəbəri belə yoxdur. Bu, fövqəladə əməliyyat, kenqurunun yaradılışındakı ehtişamdan qaynaqlanır:

...Onun xəbəri olmadan heç bir dişi nə hamilə olar, nə də daşıdığını yerə qoya bilər. Uzunömürlünün uzun ömür sürməsi də, onun ömrünün qısaldılması da ancaq Yazıda (Lövhi-məhfuzda) yazılmışdır. Həqiqətən, bu, Allah üçün çox asandır. (Fatir surəsi, 11)

Yenot balaları altı aylıq olduqlarında quru ağaclarda qurulmuş olan yuvalarından analarıyla birlikdə kəşfiyyata çıxarlar. Analarından aldıqları təlimatlarla hərəkət edərək, vaxt ərzində bacarıqlı bir ovçu olarlar.

Allahın ilhamıyla hərəkət edən ana yenot daima balasına qoruyub hifz edir. Allah, digər bütün canlılar kimi yenotları da qoruyur. Maral balaları digər bir çox canlının balalarına nisbətən gücsüzdür. Doğumdan sonra dərhal ayağa qalxa bilər, ancaq xeyli vaxt sonra yeriyə bilərlər. Bəs bu canlılar düşmənlərindən necə qorunurlar?

Gizlənmə, anası kimi sürətlə qaça bilənə qədər bala maralların ən yaxşı müdafiə üsuludur. Bədənlərinin rəngi və naxışları sayəsində olduqları mühitdə sanki görünməz hala gəlirlər. Ana maral, meşəlik yerin kolluqları içində xallı bala maralı gizlədər. Bala maralın qırmızımtıl-qəhvəyi rəngdəki xəzinin üzərindəki ağ xallar günəş işığıyla qarışar; həmçinin anası uzaqda olduqda bala maral yerə uzanaraq hərəkətsiz halda gözləyər. Ana maral da əsasən balaya yaxın yerlərdədir, lakin diqqəti balanın üstünə çəkməmək üçün qısamüddətli ziyarətlər istisna olmaqla yanına çox yaxınlaşmaz. (Russell Freedman, How Animals Defend Their Young, səh.47-48)

Bala maral gizlənərək qorunmasının lazım olduğunu haradan bilir? Dərisinin rəngnin, olduğu yerdəki otlarla uyğun rəngdə olduğunu və hərəkətsiz qaldığında düşmənlərinin özünü görə bilməyəcəyini haradan bilir? Əlbəttə ki, balanın bunları öz-özlüyündə bilməsinə imkan yoxdur. Bunları ona, hər canlını qoruyan, hamısının ehtiyaclarını bilən Uca Allah ilham edir:

Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. O, Ucadır, Uludur.
(Şura surəsi, 4)

Dağ keçilərinin balaları doğulduqdan qısa bir müddət sonra analarıyla birlikdə hərəkət etmək məcburiyyətindədirlər. Əks təqdirdə müdafiəsiz qalırlar. Hər şeyi qüsursuz yaradan Allah dağ keçilərinin balalarına da ehtiyacları olan bütün xüsusiyyətləri vermişdir. Keçi balaları doğulduqlarında həm görə, həm də eşidə bilirlər. Həmçinin onları soyuqdan qoruyacaq olan tükləri də kifayət qədər uzundur. Bunlar, doğular-doğulmaz analarıyla birlikdə dik yamaclarda hərəkət etməyə başlayan dağ keçisi balaları üçün çox əhəmiyyətli xüsusiyyətlərdir. (National Geographic Society, How Animals Care for Their Babies, səh.8)

Təbiətdəki ən vəhşi canlılardan biri olan canavarlardan, yetkinlərin ortaq vəzifəsi balaları qorumaqdır. Bir canavar sürüsü bir erkək, bir dişi, yeni doğan balalar və bəzən də bir və ya iki gənc canavardan ibarət olar. Sürüdəki dişilər bir-birlərinə kömək edirlər. Bəzən sürüdəki dişilərdən biri körpə canavarlara baxmaq üçün gecə ərzində yuvada qalar. Bunun sayəsində balaların anası ovlanmağa gedə bilər.

Canavarlar arasındakı bu köməkləşmə; canlılar arasındakı fədakarlığın dərəcəsini göstərir. Və canlıların eqoist olduğunu iddia edən təkamül nəzəriyyəsinin müdafiəçilərinə bir cavab xüsusiyyətindədir.

Ağcaqanad quşlarının qurduqları yuva, ancaq bir qolf topunun yarısı qədər böyüklükdədir. Yuvanın ən diqqət çəkici xüsusiyyəti balalar böyüdükcə bu yuvaların da avtomatik olaraq böyüməsidir. Çünki yuvanın materialı olan ağac qabıqları, yosun və ya bitki kökləri, olduqca möhkəm və elastik olan hörümçək torları ilə bir-birinə bağlanmışdır. Bir quşun yuva qurması üçün belə rahat bir material seçmiş olması, əlbəttə ki, üzərində düşünülməsi lazım olan bir mövzudur. Yer üzündəki bütün canlılar kimi Allahın ilhamı ilə hərəkət edən ağcaqanad quşları da olduqca ağıllı bir taktikayla balalarının rahatlığını təmin etmiş olarlar.

Balalar, yumurtadan çıxdıqlarında kor və tüksüzdürlər. Ana quş, balaların hər şeyiylə maraqlanar. Belə ki, yuvadan uçduqlarında belə yenə də onları təqib edər və öz-özlərinə qidalana bilənə qədər nəzarəti altında saxlayar. Ağcaqanad quşuna olduqca ağıllı bir taktikayla elastik, genişlənə bilən yuva qurmağı və balalarına qarşı duyduğu məsuliyyət hissini ilham edən bütün canlıları qoruyub hifz edən Rəbbimizdir.

Bir adada kütləvi şəkildə yuvalar quran dəniz qaranquşlarının yumurtaları tam olaraq təhlükəsizlikdə deyil. Çünki ada qanadlı oğrular üçün asan çatıla bilən bir yerdir. Qonşularıyla yan-yana yuva qurmaları onlara havadan gələcək bir təhlükəyə qarşı qoruma imkanı verər. Bir yerdə hər kəsdən ayrı olaraq durmaq bütün diqqətin sizin üstünüzə cəmləşməsini təmin edər, lakin izdihamlı bir qrupun içində olmaq demək, tutulma ehtimalınızın daha az olması deməkdir. Quşlar bunu bilirmiş kimi hərəkət edərlər. Həmçinin qonşu quşlar hücumçunu geriyə qaytarmaq üçün də kömək edərlər. Allah hər bir canlını qoruyub hifz edəndir. (David Attenborough, Life of Birds, səh.221)

Albatroslar dəniz quşlarının ən böyüyüdür. Qanadlarının genişliyi digər quşlar arasında ən geniş ölçü olan 3,5 metrə çatır. Bu quşların bir xüsusiyyəti də yumurtalarını və balalarını qoruya bilmək üçün olduqca ehtiyyatlı yuvalar qurmalarıdır. Çoxalma vaxtlarında koloniyalar halında toplanırlar. Dişilər gəlmədən həftələrlə əvvəl, erkəklər gəlib burada əvvəlcədən qurulmuş olan yuvaları təmir edirlər. Albatroslar, etinayla hazırlanan yuva içərisindəki yumurtaların üstündə təxminən 50 gün ərzində heç tərpənmədən oturarlar. Bir çox canlı növü kimi albatroslar da balaları üçün çox böyük fədakarlıqlar edirlər. Bu canlılara balalarının rahatlığını düşünməyi, onları qidalandırmalarının, qorumalarının lazım olduğunu öyrədən Uca Allahdır. Allah yaratdığı hər canlını qoruyub hifz edəndir.

İnkişaf etməkdə olan bir cücənin ehtiyac duyduğu qida və su yumurtada mövcuddur. Yumurtanın sarısı, zülal, yağ, vitamin və mineralları öz tərkibində saxlayır, ağı da bir su anbarı funksiyasını görür. Həmçinin cücənin oksigen almağa və karbon qazını havaya buraxmağa, bir istilik mənbəyinə, sümüklərinin inkişafı üçün kalsiuma, suyunun qorunmasına, bakteriyaların bulaşmasının qarşısını alacaq və mexaniki zərbələrə qarşı qoruyacaq bir sistemə ehtiyacı vardır. Bütün bu ehtiyacları da yumurtanın qabığı ödəyir.

Cücə, qabıq pərdələrinin daxili səthində olan bol damarlı bir təbəqə vasitəsilə oksigen alar və karbon qazını buraxar. Qaz alıb-buraxma, yetkin heyvanlarda olduğu kimi ağciyərlərlə deyil, qabıqdakı kiçik məsamələr vasitəsiylə baş verər. Bir yumurta qabığının, qaz, su və istilik əməliyyatını tənzimləməsi lazım olduğu kimi, möhkəm olması da lazımdır. Qabıq, inkişaf etməkdə olan cücələri xarici zərbələrə qarşı qoruyacaq və kürt yatan ananın ağırlığına tab gətirə biləcək qədər dözümlü olmalıdır.

Bütün bu xüsusiyyətlər yumurtada əskiksiz olaraq mövcuddur. Göydən yerə qədər olan hər işi nəzarəti altında saxlayan Allah qüsursuz yaratmasını bu kimi nümunələrlə bizə təqdim edir.

Ördək kimi su quşları havanı bədənlərinin içində daşıyarlar. Bu, suyun üstündə qalmalarını təmin edən səbəblərdən biridir. Ördəklərin bədənində kiçik şarlara bənzəyən hava kisələri vardır. Bu kisələr havayla dolduqlarında ördəyin suyun səthində qala bilməsinə kömək edərlər. Ördək suya daxil olmaq istədikdə isə hava kisələrindəki havanı çölə nasoslayar. Bədəninin içində daha az hava qaldığı üçün asanlıqla suyun içinə batar. Ördəklər saatda 50 km-dən yuxarı sürətlə uça bilərlər. Həmçinin yırtıcı heyvanlara yem olmamaq üçün də uçarlarkən daima istiqamətlərini dəyişdirərlər. Suya daxil olmaları lazım gəldikdə isə, bunu o qədər sürətli bir şəkildə edərlər ki, ovçular üçün çox çətin bir hədəf olarlar. (National Geographic, Noyabr 1984, səh.581)

Su quşlarından olan qaqarların balaları su üstündə olarkən, analarının kürəyində gəzərlər. Ana quş balalarının düşmələrinin qarşısını almaq üçün qanadlarını yüngül şəkildə yana tərəf açar və balalarını başını yana tərəf uzadaraq qidalandırar. Ana və ya ata ilk növbədə ya suyun səthindən yığdıqları ya da sinələrindən qopardıqları tükləri balalarına yedirərlər. Hər bala olduqca çox miqdarda tük udur. Bunlar çətin həzm olunur, ancaq yenə də balalar üçün çox qiymətlidir. Necə ki, bu ilk nemət əslində bir yemək deyil. Balaların yedikləri bu tüklər həzm olunmur və balanın mədəsində toplanır. Qaqarların bu maraqlı davranışlarının çox əhəmiyyətli bir səbəbi vardır. Balıqların qılçıqları və ya digər qidaların həzm olunmayan hissələri də burada toplanar və beləcə bu maddələrin balanın mədəsinin və ya bağırsaqlarının həssas divarlarını zədələməsinin qarşısı alınmış olar.

Quşların bu tük yemə vərdişləri ömürləri boyunca davam edəcək. (David Attenborough, Life of Birds, səh. 256)

Balaların həyatda qala bilməsi üçün bu tədbir çox əhəmiyyətlidir. Qaqarlar da daxil olmaqla, təbiətdəki hər canlı, sahib olduqları xüsusiyyətləriylə bizlərə bir Yaradıcının varlığını sübut edir. Hər şeyə gücü çatan O üstün və sonsuz güc sahibi Yaradıcı, Allahdır. Hər canlı özünü yaradan Allahın təqdir etdiyi şəkildə hərəkət edər.

Məşhur bioloq prof. Cefriy P. Sklos heyvanların fədakar davranışlarının darvinizmlə olan ziddiyyətindən belə bəhs edir:

“Təbii seleksiya, anlayışına görə çoxalma müvəffəqiyyətini və qohum olma xüsusiyyətlərini yox edər. Qohumluq əlaqələri bəzən birinin xeyri naminə, digərinin zərər görməsindən ibarətdir. Bioloji fədakarlığa, genetik olaraq başqalarının xeyri naminə öz-özünü məhv etmə davranışı kimi tərif verilir və darvinizm ilə əsla izah oluna bilməz”. (William Dembski, Mere Creation, Science, Faith & Intelligent Design, InterVarsity Press, USA, 1998, səh. 238; [Wilson 1975, 578])

Durna quşlarının balaları çox yaxşı bir üzgüçüdürlər, belə ki, yumurtadan çıxdıqdan bir neçə saat sonra yuvadan ayrılıb valideynlərini izləyə bilərlər. Balalar və valideynləri arasında bir növ ünsiyyət səsi vardır. Yetkinlərin səsi yumşaq mırıltılı olduğu halda, balaların səsi yüksək tondadır. Balalar təhlükəylə ya da bir çətinliklə üzləşdikləri vaxt, yüksək və daha incə bir səs çıxararlar, valideynlər də bunlara dərhal reaksiya verərlər.

Çoxalma mövsümündə valideynlər quruda olar, balalarını böyüdəcəkləri yeri hər ikisi də qoruyarlar. Dişi yumurtaları qoyduqda hər iki valideyn də gün ərzində növbə ilə kürt yatarlar, amma kürt dövrünün sonuna doğru bu dəyişmə daha tez baş verər. Beləcə hər iki quş da qidalanıb, hərəkət edə bilər.

Yumurtadan çıxma vaxtı, balaların qidalana biləcəkləri böcəklərin ortaya çıxma vaxtıyla eynidir. Bu planlaşdırma durnalar üçün çox vacibdir, çünki qış gəlmədən əvvəl köç etməlidirlər. Bunun üçünsə balaların böyüyüb inkişaf etməsi və güclənməsi şərtdir.

Durnaların həyatındakı bunlara bənzər bütün təfərrüatlar üstün güc sahibi olan bir yaradıcının, yəni Allahın əsəridir.

Qu quşu balaları yumurtadan çıxdıqlarında çox çirkindir. Qəhvəyi ya da açıq saman rəngindədirlər. Qısa boyunlu və sıx tüklərlə örtülü vəziyyətdə yumurtadan çıxan balalar bir neçə saat ərzində qaça biləcək və üzə biləcək vəziyyətə gəlirlər. Ana və ataları balalarına bir neçə ay ərzində diqqətlə baxarlar. Nəhayət kiçik bala möhtəşəm görünüşlü bir qu quşuna çevrilər.

Qu quşlarının Trumpeter növü, inkişaf etməkdə olan yumurtalarının isti qalmalarını təmin etmək üçün, yumurtaların üstünə oturarlar. Yalnız vaxtaşırı ayağa qalxaraq yumurtaları çevirərlər. Beləcə temperaturun hər yerə bərabər paylanmasını təmin etmiş olarlar. Şübhəsiz ki, yumurtalarının necə bir qulluğa ehtiyacları olacağını qu quşlarına ilham edən Allahdır. (Nat. Geo. Society, How Animals Care for Their Babies, səh.6)

Çox yaxşı bir dalğıc qarabatdaqlar vaxtlarını əsasən dənizlərdə keçirər, sahillərdə və ya adalarda koloniyalar halında çoxalarlar. Koloniyadakı yuvalar dəniz yosunları və palçıqdan hazırlanmışdır. Şimal yarımkürəsində yaşayan qarabatdaqlar bir, cənub yarımkürəsində yaşayanlar iki ədəd yumurta doğarlar. İki aylıq olduqlarında böyükləri tərəfindən tək başına qoyulan balalar ov tapmağa çıxar və əksərən yuvalarından çıxdıqlarında dərhal uçmağa başlayarlar. (Temel Britannica Ansiklopedisi, Cild 6, səh. 204)

Tailand meşələrində yaşayan bala leyləklər olduqca diqqət çəkici bir üsulla istidən qorunurlar. Ana və ataları dimdiklərində gətirdikləri suyu hələ tükləri çıxmamış balalarının üstünə tökərlər. Bu soyuq duş balaları bir qədər rahatlaşdırar, ama bu kifayət etməz. Balaların kölgəyə də ehtiyacları var.

Bu ehtiyaclarını isə yenə fədakar ana və ataları ödəyər. Qanadlarını açıb qızmar günəşə özlərini sipər edərək balalarını istidən qoruyarlar.

Leyləklər, balalarına göstərdikləri diqqət, bağlılıq və fədakarlıqla yer üzünün nümunəvi ana atalarından biridir. Təbiəti araşdırdıqca, həmişə eyni həqiqətlə qarşılaşırıq: Bütün canlıları Allah yaratmışdır və hər canlı, sahib olduğu mükəmməl xüsusiyyətlərlə yaradılışın bir dəlilidir. Bütün bu möhtəşəm yaradılışın sahibi, göylərin, yerin və ikisi arasında olan hər şeyin Rəbbi olan Uca Allahdır. Ağıl sahibi insanlara düşən isə, Allahın yaratması üzərində düşünmək və Rəbbimizi tərifləyib ucaltmaqdır.

Afrika qitəsindəki istilik bəzən canlılar üçün öldürücü təsirə sahib ola bilər. Bu səbəblə də, bir çox canlı bu öldürücü şüalardan qorunmaq üçün özünə kölgəlik məkanlar axtarar. Cənubi Afrika dəvəquşusu isə özündən çox yumurtalarını və balalarını düşünərək onları günəş şüasından qoruyar. Bunun üçün onların üstündə oturar və tez-tez geniş qanadlarını açaraq günəş şüasının yumurtalarına və balalarına düşməsinin qarşısını alar. Ancaq diqqət yetirilsə, bu heyvan “öz bədənini” günəş şüalarının təsirinə məruz qoyur. Bu fədakarcasına davranışın səbəbi dəvəquşunun da digər bütün canlılar kimi Allahın ilhamı ilə hərəkət etməsidir. Dəvəquşu Allahın qoruma və şəfqət duyğularını ilham etdiyi canlılardan sadəcə biridir:

Yoxsa onlar Allahın dinindən başqa bir din axtarırlar? Halbuki göylərdə və yerdə olan hər bir məxluq istər-istəməz Ona təslim olmuş və Ona da qaytarılacaqdır. (Ali İmran surəsi, 83)

Delfinlərin balalarını qoruması, doğumla birlikdə başlayır. Doğumdan dərhal əvvəl, ana delfinin hərəkətləri ağırlaşır. Bu səbəblə də doğum vaxtında ona dişi delfinlər kömək edir. Köməkçi delfinlər doğumdan əvvəl bir zərər gəlməməsi üçün ana delfinin iki tərəfində üzər, bala doğulduqda isə onun suyun səthinə çıxmasını və nəfəs almasını təmin edərlər. İlk iki həftə bala anasının yanından heç ayrılmaz. Kiçik delfin doğulduqdan qısa bir müddət sonra üzməyi bacarır və bu müddət ərzində də yavaş-yavaş anasından uzaqlaşmağa başlayır. Ancaq yeni doğan ana delfin, balanın sürətli və çevik hərəkətləriylə ayaqlaşa bilməyəcəyi və onu kifayət qədər qoruyub hifz etmək üçün bu vəziyyətdə yenə araya köməkçi dişi delfin girər və balanı mükəmməl şəkildə qoruyar. (Hayvanlar Ansiklopedisi, (Memeliler), səh. 29)

Canlıların öz mənfəətlərini güdməyən davranışları darvinizmə açıq şəkildə meydan oxuyur. Çünki təkamülçülərə görə bu davranışlar -məsələn bir heyvanın başqa birinə kömək etməsi- canlının həyatda qala bilməsinə heç bir fayda vermir. Hətta tam əksinə fədakarlıq edən heyvan üçün bəzən həyati risk daşıyır.

Bu cür fədakarlıqlara, yeməyinin yarısını həzm edilmiş halda öz ağzından çıxardıb balasının ağzına qoyan anaları nümunə verə bilərik. Bu mövzudakı başqa bir nümunə isə yaralanmış olan dostlarına kömək edən delfinlərdir. Bu delfinlər qaçmaq əvəzinə öz yaşama imkanlarını əhəmiyyətli bir şəkildə azaldan fədakar bir davranış göstərirlər. (Gordon Rattray Taylor, The Great Evolution Mystery, Abacus, London, 1984, səh. 224)

Delfinlər balalarına hücum edən köpək balıqlarından xilas olmaq üçün qrup halında hərəkət edərlər. Delfinlərdən biri və ya ikisi köpək balığının diqqətini çəkmək üçün kənardan üzər. Köpək balığı bu tələni təqib etmək üçün qayıtdığında, digər delfinlər digər tərəfə doğru hərəkət edər və güclə hücum edərlər, biri digərindən sonra sürətlə hücum edərək, burunlarını köpək balığının yan tərəflərinə sürətlə vurarlar. Bu, köpək balıqları üçün olduqca daşındırıcı bir üsuldur, hətta delfinlər bəzən bu yolla köpək balığını öldürə də bilirlər. (Russell Freedman, How Animals Defend Their Young, səh. 67)

Dənizatları isti okean sahillərində asan gizlənə biləcəkləri yosun, mərcan ya da süngərlərin arasında yaşayarlar. Möhkəm və qalın dəriləri, düşmənlərinə qarşı zireh vəzifəsi yerinə yetirərkən, eyni anda bir çox istiqamətə baxa bilən gözləri də ovları üçün böyük bir təhlükə meydana gətirir. Erkək dənizatları, dişi dənizatlarındakına bənzər bir kisəyə malikdir. Cütləşmə dövründə dişi dənizatı bu kisəyə çox sayda yumurta qoyar. Yumurtalar 1,5 ay ərzində kisədə qalar. Erkək dənizatı böyüyüb kiçik bir dənizatı olana qədər kisəsinin içindəki bir maye ilə yumurtaları qidalandırar və kürt kisəsinin daxili toxumasında olan kapilyar damarlar vasitəsilə onları oksigenlə təmin edər. (A.Vincent, The Improbable Seahorse, National Geographic, Oktyabr 1994)

Su tısbağaları çoxalma vaxtları gələndə sahilə axışarlar. Ancaq bu sahil hər hansı bir sahil deyil, öz doğulduqları sahildir. Doğduqları yerə qayıda bilmək üçün, bəzən 800 kilometrlik bir məsafəni qət etmək məcburiyyətində qalarlar. Bu yolun sonunda da yumurtalarını sahildə qumların altına basdırarlar. Yaxşı, bəs niyə hamısı eyni vaxtda, eyni sahilə toplanarlar? Görəsən eyni əməliyyatı, ayrı-ayrı vaxtlarda, ayrı-ayrı sahillərdə yerinə yetirsələr, balalar həyatda qala bilərdimi?

Bu mövzunu araşdıranlar olduqca diqqət çəkici bir vəziyyətlə qarşılaşmışdırlar. Yumurtadan çıxan orta hesabla 31 qramlıq balaca balalar, üstlərindəki torpaq təbəqəsini tək başlarına qaza bilməzlər. Amma hamısı birlikdə, bir-birlərinə kömək etməklə bu işi asanlıqla bacararlar. Bir neçə gün ərzində hamısı birlikdə qumun səthinə çıxaraq dənizə doğru qaçarlar.

Yeni dünyaya gəlmiş bu balalar, torpağı qazmaqla yuxarı doğru hərəkət etmələrinin lazım olduğunu haradan bilirlər? Heç görmədikləri halda dənizə tərəf yönəlmələrinin lazım olduğunu onlara kim öyrətmişdir? Bu kiçik canlıların bunları öz ağıllarıyla etməsi mümkün deyil. Onda bu şüurlu davranışlar necə ortaya çıxır? Bu sualın tək bir cavabı vardır: Bu şüurlu davranışları su tısbağalarına Allah ilham etmişdir.

Surikat adlı canlılar sürü halında yaşayırlar. Aralarında nümunəvi bir həmrəylik vardır və bu onlar üçün həyati əhəmiyyət daşıyır; çünki yaşadıqları yer bir çox təhlükə ilə doludur. Surikatlar hər səhər əvvəlcə təhlükəsizlik nəzarəti aparar və sonra yemək tapmaq məqsədiylə ətrafa dağılışarlar. Bu dəstənin hər üzvünün fərqli bir vəzifəsi vardır. Məsələn, bəzi surikatlar digərlərinin təhlükəsizliyi üçün keşik çəkərlər. Qızmar günəşin altında saatlarla heç bir şey yemədən və içmədən gözləyərlər. Növbətçi, bir təhlükəylə qarşılaşdıqda həyəcan siqnalı verərək dostlarını xəbərdar edər. Bunu eşidən digər surikatlar qaçıb yuvalarına gizlənərlər.

Qrupun ən böyük məsuliyyəti isə, balaları qorumaq və böyütməkdir. Gənc dişilərin vəzifəsi balalara baxmaqdır. Hər gün bir surikat yuvada qalaraq balalara baxar. Sürü içindəki köməkləşmə və əməkdaşlıq balaların təhlükəsizliyini təmin edər. Surikatlar arasındakı həmrəylik və fədakarlıq, Allahın bu canlılara öyrətdiyi davranışlardır.

Bir antilop balasının doğulması beş-on dəqiqə çəkir. Ana bu müddət ərzində çətinliklə hərəkət edər və düşmənlərinə qarşı müdafiəsizdir. Ancaq dişi antilop doğum vaxtında tək deyil. Həmin vaxt sürüdəki başqa bir dişi ona kömək etmək və qorumaq məqsədiylə yanında hazır vəziyyətdə durur. Balanın doğulduğu ilk andan etibarən itirəcək vaxtı yoxdur. Anası dərhal onu burnuyla itələyərək hərəkətə keçirər. Bala bir neçə addım qaçar, ancaq qıçları çox gücsüz olduğu üçün yerə yıxılar. Təkrar ayağa qalxar və bir neçə addım daha qaçar. 15 dəqiqə ərzində anasının yanında dörd ayağı üstündə qaçan vəziyyətə gəlmişdir. Bala antilop həmişə anasıyla birlikdə hərəkət edər, onun yanından heç ayrılmaz çünki anasından ayrılsa, ac qalar və ya yırtıcı heyvanlar tərəfindən öldürülər.

Təbiətdəki hər şey sonsuz elm və qüdrət sahibi Allahın əsəridir. Antilop balasını çox qısa bir vaxt ərzində anasıyla birlikdə qaçacaq gücə sahib olacaq şəkildə yaradan Allah üstün qüdrət, şəfqət, mərhəmət, ağıl, elm və hikmət sahibidir. Ana kərgədan öz çəkisinin yalnız 4%-i ağırlığında kiçik bir bala dünyaya gətirər. Doğumdan sonrakı 1 saat ərzində bala kərgədan kiçik zirehli bədənini ayağa qaldıra biləcək hala gələr. Ana və bala bir neçə həftə gözlərdən uzaq bir yerdə birlikdə yaşayarlar və bu şəkildə bir-birlərinin iylərini tanımış olarlar.

Ana və balası, növbəti bala doğulana qədər -təxminən 3 ilə 5 il ərzində-həmişə birlikdə yaşayarlar. Bala əsasən anasını təqib edər. 1-2 yaşında süddən kəsilməsinə baxmayaraq, anasından ayrılmaz və növbəti hamiləliyi ərzində də anasıyla birlikdə hərəkət edər. Böyük bir səbirlə balasıyla maraqlanan ana kərgədana bu qoruma instinktini verən Uca Allahdır. (Janine M. Benyus, The Secret Language and Remarkable Behaviour Animals, səh. 186)

Bu ailə bir-birinə çox bağlı üzvlərdən ibarətdir. Ana hepard və balaları... Ana hepard balalarını böyütdüyü müddət ərzində çox böyük fədakarlıqlar edər. Onları qidalandıra bilmək üçün çox vaxt ac qalar və çəkisinin təxminən yarısını itirər. Hətta lazım gəlsə öz həyatını balaları üçün fəda edər. Məsələn, bir şir, balaları üçün böyük bir təhlükədir. Ana hepard heç düşünmədən özünü şirin qabağına atar. Həyatını təhlükəyə ataraq şirin diqqətini özünə çəkər və balalarına qaçmaları üçün vaxt qazandırar. Bu, üzərində düşünülməsi lazım olan çox əhəmiyyətli bir davranışdır.

Əgər bu heyvan təkamül nəzəriyyəsini müdafiə edənlərin iddia etdikləri kimi, təsadüfən yaranmış və yalnız həyatda qalmağı düşünən eqoist bir varlıq olsaydı, ondan etməsi gözlənilən balalarını tərk edib qaçması olardı. Ancaq hepard bunu etməz. Özünü şirin qabağına atar və lazım gəlsə həyatını fəda edər. Şübhəsiz ki, ana heparda bu nümunəvi fədakarlıq duyğusunu verən Allahdır.

Dələlər balalarını sallanan göbəklərindən dişləriylə tutub qaldırarlar. Ana dələ, yuvası uçduqda balalarını olduqca uzaq bir məsafəyə də olsa heç yorulmadan daşıyar. Hər dəfə bir balasını daşıyar və hamısının təhlükəsizliklə daşındığına əmin olana qədər köhnə yuvasına geri qayıdıb, baxar.

Dünyaya yeni gəlmiş hər canlı zəif və çarəsizdir. Ətrafındakı təhlükələrdən tamamilə xəbərsizdir. Qidalana bilmək, böyüyüb güclənə bilmək və həyatda qala bilmək üçün özünə baxıb qoruyacaq birinə möhtacdır. Demək olar ki, tək başına yaşama ehtimalı yoxdur. Ancaq doğulduğu andan etibarən yanında həmişə valideynləri olacaqdır. Anası və ya atası onu təhlükələrdən qoruyacaq, qidalandıracaq və lazım olsa öz həyatını onun üçün fəda edəcəkdir. Bala heyvanların hamısı olduqca sevimli bir görünüşə sahibdir. Normala görə daha iri olan gözlər, yumru üz cizgiləri, üzlərində hakim olan təəccüb və təslimiyyətlə qarışıq “körpə” ifadəsi, sevimli rəftarlar, bala heyvanların sevilməsinə sövq edən, qoruma instinktini fəaliyyətə keçirən xüsusiyyətlərdəndir.

Bala heyvanlar xarici görünüşləri ilə Allahın “Munis Sənəti” nin təcəllilərindəndir. (Munis sözü: Sevimli, dost, əhliləşmiş, itaətkar mənalarını verir.) Bu saytda heyvanların balalarına olan şəfqətini və bala heyvanların bəzi xüsusiyyətlərini oxuyacaqsınız.

Müəllif haqqında

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar Harun Yəhya təxəllüsü ilə kitablarını yazır. Həyatını tamamilə Uca Allah’ın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi atatürkçülüyü yayıb dövlətin sabitliyini və millətin bütövlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. Universitet illərindən başlayaraq həyatının hər dövründə bu müqəddəs məqsədə xidmət etmiş və heç bir zaman çətinliklər qarşısında qorxmamışdır. Bu gün belə böyük bir səbir və qətiyyət göstərərək, materialist, darvinist və bölücü mərkəzlərdən gələn bütün təzyiqlərə qarşı fikri mübarizəsini davam etdirir.

Davamı